Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-28 13:00:00
AMEA-ya prezident, İctimai Şuraya sədr seçildi, gənc müəllimlərdən gözləntilər – Təhsil icmalı  

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 Ötən həftədə Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildi

Ötən həftədə AMEA-nın prezidenti vəzifəsinə seçkilər keçirilib. Səsvermədə akademik Ramiz Mehdiyev növbəti müddətə AMEA-nın prezidenti seçilib.

Geridə buraxdığımız həftədə həm də şagirdlərin elektron yerdəyişməsinə yenidən start verildi

 Cari ildən etibarən şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.  

Prezident AMEA-nın sabiq prezidenti Akif Əlizadəni təltif etdi

Azərbaycan Respublikasında elmin inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Akif Ağa Mehdi oğlu Əlizadə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb

Ötən həftədə təhsil naziri Ceyhun Bayramov Surinam Respublikasının Xarici İşlər naziri xanım Yldiz Pollack-Beighle ilə görüşüb.

Görüş zamanı Azərbaycan Respublikası ilə Surinam Respublikası arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

  Həftənin təhsil informasiyaları

Ötən həftədə Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçildi  

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

İclasda İctimai Şuranın Əsasnaməsi (reqlamenti) qəbul edilib, həmçinin Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov İctimai Şuranın sədri, təhsil eksperti Nadir İsrafilov sədr müavini və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə məsul katib seçilib.

Təhsil nazirinin müavini gənc müəllimlərlə görüşüb

Geridə buraxdığımız həftədə Təhsil nazirinin müavini Firudin Qurbanov İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində gənc müəllimlərlə görüşüb.

 Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə baş tutan görüşdə İmişli və Ağcabədidə fəaliyyət göstərən 40-a yaxın gənc müəllim iştirak edib.

Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilib

Ötən həftədə Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilib.

Çıxış edən Xarici İşlər nazirinin müavini Ramiz Həsənov tədbir haqqında ətraflı məlumat verib. Ramiz Həsənov qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq siyasi təşkilat olaraq Qoşulmama Hərəkatı siyasi məsləhətləşmələr və praktik əməkdaşlıq üçün geniş və əhatəli bir platformanı təmin edir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları