Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-18 14:12:00
Abituriyentlərin “Cavab kartı” narazılığı – “Bu, yanlışlıqdır”

 

Abituriyentlərin   buraxılış və qəbul imtahanlarında uzun illərdir ki, tətbiq olunan  kodlaşdırma forması ilə bağlı etirazlarının şahidi oluruq.

 

Əsasən də, sosial şəbəkələrdə yayılan etirazlarda  onların fikrincə, bu proses olduqca vaxt aparır. Yazılan düzgün cavab variantın əks olunduğu  uyğun dairədə  tam qeyd edilməsə, yaxud kodlaşdırmadan azca qırağa çıxılsa, sistemin  bunu yanlış cavab kimi qiymətləndirməsi onların fikrincə, aradan qaldırılmalıdır.

 

Ümumiyyətlə, qəbul prosesinin gələcək icrasında bu ehtimalın özünütəsdiqi nə dərəcədə doğrudur?

 

AzEdu.az-ın DİM-dən aldığı məlumata əsasən, tətbiq olunan bu qayda ən optimalıdır və bütün dünyada kağız daşıyıcılar vasitəsilə keçirilən test imtahanlarında istifadə olunur.

 

Minimal diqqət yetirməklə təlimata uyğun şəkildə dairəni qaralamaq mümkündür. Bundan əlavə, imtahan iştirakçısı karandaşdan da istifadə edə bilər. Vaxt məsələsinə gəldikdə isə imtahan müddətinin 3 saat olmasını müsabiqə şərtlərindən biri kimi qəbul etmək lazımdır və cavab kartının doldurulması bu vaxt çərçivəsində həyata keçirilməlidir. Bütün qeyd olunanlar əvvəlcədən elan olunur və imtahan iştirakçılarının təlimatında göstərilir.