Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-13 17:04:00
Coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib-DİM

Gündəlik məsələ coğrafiya fənnindən III ixtisas qrupu (TC altqrupu) üzrə 21 may 2022‑ci il tarixində, riyaziyyat fənnindən isə II ixtisas qrupu üzrə 22 may 2022-сi il tarixində ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.

 

AzEdu.az xəbər verir ki, riyaziyyat fənni üzrə imtahanda istifadə edilmiş 10 test tapşırığının imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından təhlili aparılıb.

 

Coğrafiya fənni üzrə isə test tapşırıqlarının müzakirələri başa çatıb. Müzakirələrdə tapşırıqların müvafiq fənn kurikulumunun təlim nəticələri və qüvvədə olan dərsliklər əsasında hazırlanmış qəbul proqramına uyğunluğu, abituriyentlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirməyə imkan verməsi bir daha təsdiq olunub.

 

Bir neçə tapşırıqda yalnız redaktə xarakterli düzəlişlər edilib. Bu düzəlişlər test bankının təkmilləşdirilməsi zamanı nəzərə alınacaq.

 

İmtahanların statistik nəticələrinə əsasən imtahanlarda zəif cavablandırılan tapşırıqlara dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.

 

27 yanvar 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.