Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-12 16:30:00
Tarix fənni üzrə işçi qrupunun iclası keçirilib-DİM

12 yanvar 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzində tarix fənni üzrə işçi qrupunun iclası keçirilib

 

AzEdu.az xəbər verir ki, gündəlik məsələ III ixtisas qrupu üzrə 6 iyul 2023-сü il tarixində ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanında tarix fənnindən istifadə edilmiş tapşırıqların müzakirəsi olub.

 

Tapşırıqlar imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzular baxımından təhlil edilib.

 

Tapşırıqların müzakirəsi başa çatıb. İşçi qrupunun rəyinə görə tapşırıqlar fənn kurikulumunun təlim nəticələri və qüvvədə olan dərsliklər əsasında hazırlanmış qəbul proqramına uyğundur. Tapşırıqlarda elmi-metodik səhvlər yoxdur. Tapşırıqlar vasitəsilə abituriyentlərin bilik və bacarıqlarının obyektiv yoxlanılması və qiymətləndirilməsi mümkün olub.

 

Müzakirə nəticəsində abituriyentlərin imtahanda zəif cavablandırdığı tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqlara dair izahlar “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.

 

Müzakirə nəticəsində bildirilmiş redaktə xarakterli düzəlişlər test bankının təkmilləşdirilməsində nəzərə alınacaq.

 

19 yanvar 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.