2023-01-11 16:53:00
AzTU Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib
Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) növbədənkənar iclası keçirilib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədr müavini Mirzə Cəfərzadə bildirib ki, AzTU HİK-in sədri İlham Aslanzadə öz istəyi ilə vəzifəsindən ayrıldığı üçün iclasda yeni sədrin seçilməsi məsələsinə baxılacaq.
AzEdu.az xəbər verir ki,iclasda yeni sədr vəzifəsinə AzTU-nun Mexatronika və maşın dizaynı kafedrasının müəllimi Elvin Bəxtiyarlının namizədliyi irəli sürülüb. Qeyd olunub ki, Elvin Bəxtiyarlı uzun illər AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb və onun bu sahədə kifayət qədər təcrübəsi var. Komitə üzvlərinin yekdil rəyi ilə Elvin Bəxtiyarlı AzTU HİK-in yeni sədri seçilib.
AzTU-nun rektoru Vilayət Vəliyev yeni sədrə uğurlar arzulayıb. Bildirib ki, universitetin Həmkarlar İttifaqı fəaliyyətini sistemli şəkildə qurmalıdır. Əməkdaşların hüquqlarının müdafiəsi, onların asudə vaxtlarının səmərəli təşkili, əməyin və sağlamlığın mühafizəsi sahəsində işlərin müasir standartlar səviyyəsində aparılması dövrün tələbidir. Bu mənada Həmkarlar İttifaqının məsuliyyəti böyükdür. Rektor uzun illər bu sahədə təcrübəsi olan Elvin Bəxtiyarlının təyinatının təqdirəlayiq addım olduğunu qeyd edib.
Bu bölməyə aid digər xəbərlər
Tələbə faciəli şəkildə öldü
2024-05-21 08:37:29
Mayın 26-sı 46 mindən çox abituriyent imtahan verəcək
2024-05-18 12:16:05
Yol qəzasında ölən tələbənin FOTOSU
2024-05-16 08:31:22
Daha bir tələbə qəfil vəfat etdi
2024-05-11 12:57:15
MDU əməkdaşları Danimarka səfəri ilə bağlı təəssüratlarını bölüşüb
2024-05-08 17:29:18
UNEC-in professoru vəfat etdi - FOTO
2024-05-07 15:22:39
Namizədlər Kenquru müsabiqəsinin buraxılış vərəqəsini çap edə bilərlər
2024-05-06 16:32:08
Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq
2024-05-03 17:36:19
LDU-da M.Füzulinin 530 illiyi qeyd edilib
2024-05-03 14:18:10
BMU əməkdaşlıqlarını genişləndirir
2024-05-01 17:58:00
kitabı
ÇOX OXUNANLAR
14 May 2024, 15:16
Qəbul imtahanları YAXINLAŞIR: Abituriyentlər bu məqamlara diqqət etsinlər
13 May 2024, 09:25
Azərbaycanın “Brend tələbə”ləri - SİYAHI
17 May 2024, 11:20
Müəyyən ixtisasların ləğvi nəzərdə tutulur - Agentlik direktoru
16 May 2024, 16:41
MİQ imtahanları: Hamı imtahan verib, Bakıda işləmək istəyir
13 May 2024, 12:03
“Örnək müəllim”: Xarici dil müəllimləri sertifikasiyadan yüksək nəticə göstərəcəklər
14 May 2024, 10:45
Sertifikasiya: “Müəllim 20 il əvvəlki biliyi ilə dərs deyə bilməz”
16 May 2024, 15:46
Təhsil ocaqlarında Qərbi Azərbaycan guşələrinin yaradılması maraqlı ideyadır
16 May 2024, 11:52
Kolleclərin fəaliyyətinə son verilməlidir – Mühüm AÇIQLAMA
FACEBOOK