Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-30 12:53:00
İntellektual müsabiqə keçirilib

Paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri arasında intellektual müsabiqə keçirilib.

 

AzEdu.az xəbər verir ki, Sabunçu rayonu ümumi təhsil müəssisələri üzrə mərkəz olan 307 nömrəli tam orta məktəbin "Kiçik Akademiya"sının təşkilatçılığı ilə keçirilən müsabiqə "Əhməd Cavadın yaradıcılığı və tarixdə rolu" mövzusuna həsr olunub.

 

"Kiçik Akademiya"ların Azərbaycan dili və ədəbiyyat, tarix kafedraları arasında təşkil olunan müsabiqədə Sabunçu rayonunun ümumi təhsil məktəblərindən 70-dən çox şagird iştirak edib.

 

İntellektual müsabiqənin əsas məqsədi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri ilə təsdiq edilmiş “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” Tədbirlər Planının icrasını təmin etmək,  şagirdləri Əhməd Cavadın həyatı, ədəbi yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında məlumatlandırmaq, habelə xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. 

 

Müsabiqədə şagirdlərə Azərbaycan dili və ədəbiyyat üzrə 10 (5 qapalı, 5 açıq), tarix üzrə 10 sual (5 qapalı, 5 açıq) verilib, esse mövzusu təqdim edilib.

 

Müsabiqə nəticələri 2023-cü ilin yanvar ayında açıqlanacaq.

 

Qalib komandalar diplom və hədiyyələrlə təltif ediləcək.