Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-23 12:57:00
İngilis dilini bilməyən alim elmlə necə məşğul olsun?-Nazirdən irad

 

 

 

"İngilis dilini bilməyən bir şəxs, müasir elmlə necə məşğul ola, keyfiyyətli nəticə əldə edə bilər?"

 

AzEdu.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev "Doktorantların və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransında qeyd edib.

 

"Necə ki, SSRİ dövründə elmlə məşğul olmaq üçün rus dili zəruri idi, eyni qayda müasir dövrdə ingilis dili  üçün keçərlidir. İngilis dilini bilmək zəruridir. Mənə görə alim, səhərdən axşama kimi elmlə məşğul olmalıdır. Bu səbəblə yaxşı nəticələr əldə etmək istəyiriksə, istedadlı, elmə marağı olan və bu sahəni həqiqətən sevən insanları cəlb etməyə çalışmalıyıq"