Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-23 11:56:00
Nazirdən sərt etiraz: “Bu  baş verirsə, deməli, elmi əxlaqla bağlı ciddi problemlərimiz var”

 

"Elmin bəlli bir əxlaqı var. O əxlaq qaydalarına uymaq lazımdır. Əgər bizim gənc tədqiqatçılarımız arasında elmi işləri plagiat olan varsa,  bu o deməkdir ki, bizim elmi əxlaqla bağlı ciddi problemlərimiz var, çox iş görməliyik".

 

AzEdu.az xəbər verir ki,bunu Elm və  təhsil naziri Emin Əmrullayev "Doktorantların və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransında qeyd edib:

 

"Əgər plagiatdan elmi ad alan nümayəndələrimiz varsa,deməli bu problem böyükdür. Bəzi ali təhsil müəssisələrində bir dəfə plagiatdan istifadə edənlər olur ki, həmin şəxslərin işi qəbul edilmir. Həmin şəxsi "oğru" adlandırırlar və yanlış bir şey kimi qəbul edilmir. Biz elm əxlaqını qorumağa çalışmalıyıq".