Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-14 12:01:00
Məktəblərə Summativ Qiymətləndirmə ilə bağlı tələblər göndərildi-YENİLİKLƏR 

Cari tədris ilində ümumtəhsil məktəblərində kiçik summativ qiymətləndirmələrin rəqəmsal təşkilinə başlanılıb.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a  verilən xəbərə görə, rəqəmsal məktəbdaxili qiymətləndirmə şagirdlərin rəqəmsal bilik və bacarıqlarının artırılması, qiymətləndirmə vasitələrinin hazırlanmasında və yoxlanılmasında vaxta qənaət, texnologiyanın təklif etdiyi yeni məzmun və formalı qiymətləndirmə üsullarından istifadə və kağız sərfiyyatının minimuma endirilməsi məqsədilə həyata keçirilir.

 

Ümumi təhsil müəssisələri məktəbdaxili qiymətləndirməni kompüter avadanlıqları və internet təminatı imkan verdiyi təqdirdə rəqəmsallaşdıra bilərlər. Sözügedən proseslə bağlı ölkə üzrə bütün ümumi təhsil müəssisələrinə müvafiq təlimatlar göndərilib.

 

Qeyd edək ki, məktəbdaxili qiymətləndirmənin rəqəmsallaşdırılması prosesinin tətbiqinə ötən tədris ilindən pilot olaraq başlanılıb.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları