Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-10 18:25:00
"Xarici diplomların ölkəmizdə tanınması ilə bağlı əhəmiyyətli addımlar atılmır"-Elmin Nuri     

"Universitetlərin beynəlxalq qiymətləndirmə sistemindən danışarkən əsasən,problemlərdən söz açırıq,amma gələcək hədəflərdən danışmırıq".

 


Bunu AzEdu Təhsil Portalının baş redaktoru,təhsil mütəxəssisi Elmin Nuri "Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər" mövzusunda keçirilən dəyirmi masada qeyd edib.

 


Mütəxəssis universitetlərin problemlərin həlli üçün çalışmasının vacibliyini vurğulayıb:

 


"Əlbəttə, bu ali təhsil müəssisələrimizdə kifayət qədər problemlərin mövcudluğunun göstəricisidir. Əsas olan göstərilən problemlərin həllinə yönəlməkdir, bu istiqamətdə təkliflər verməkdir. Bir sıra universitetlərin nümayəndələri qiymətləndirmə meyarlarından söz açır,amma buna diqqət çəkmir,universitet bu istiqamətdə hər hansı addım atmır".

 


"Xarici diplomların ölkəmizdə tanınması istiqamətində yeniliklərin vacibliyi vurğulanır. Müvafiq agenliklərin də bu mövzuda müəytən addımların atdığı bildirilir. Amma biz həmin qurumların hər hansı vacib işinin şahidi olmuruq. Bu məsələ ilə bağlı əhəmiyyətli addımlar atılmır"-deyə,o qeyd edib.