Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-11 09:00:00
"Universitetlərimizə sadəcə mühazirə oxuyacaq müəllim lazım deyil" -Elçin Süleymanov

"Universitet müəlliminin ofisi olmalıdır,kafedra otağında tədqiqat aparılmır".

 

AzEdu.az xəbər ki, bunu Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru Elçin Süleymanov "Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər" mövzusunda keçirilən dəyirmi masada qeyd edib.

 

Prorektor universitetlərə tədqiqat bacarığı olan mütəxəssislərin cəlb olunmasının vacibliyini vurğulayıb:

 

"Sovet dönəmində tədris universitetlərdə,tədqiqatlar isə Elmlər Akademiyasında aparılırdı. Bu səbəblə hazırda universitetlərimizdə tədqiqat mühiti formalaşmayıb. Universitetlərimizə sadəcə mühazirə oxuyacaq müəllim deyil,tədqiqat bacarığı olan mütəxəssislər lazımdır. Amma bəzi rektorları maraqlandırmır. Bu doğru deyil".

 

"Son dövrlərdə bir neçə univeristetimiz beynəlxalq reytinq cədvəllərində yer alıb. Amma mən araşdıraraq şahid oldum ki,çox vacib amillərdən biri olan əcnəbi tələbə kontingenti ürəkaçan deyil. Siyahıda yer alan universitetdə təhsil alan əcnəbi sayı çox azdır"-deyə,o bildirib.