Azedu.az

Texniki Universitetin 4 tələbəsinə adlı təqaüd verilib

14 Mart 2018, 09:55
Texniki Universitetin 4 tələbəsinə adlı təqaüd verilib

Azərbaycan Texniki Universitetin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə universitetin 4 nəfər dərs əlaçısı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünə layiq görülüblər.

 

Adlı təqaüdə layiq görülən Aslanzadə Pünhan Tahir oğlu “Elektrotexnika və energetika” fakültəsinin, Müseyibova Rühanə Əzim qızı “Metallurgiya” fakültəsinin, Alqayeva Ülvüyyə Nürəddin qızı “Maşınqayırma” fakültəsinin, Əsədullayev Cavid Şakir oğlu isə “Avtomatika komputer texnikası” fakültəsinin SABAH qurupları tələbəsidir.

Qeyd edək ki, yuxarıda adları qeyd edilən dərs əlaçıları həmçinin, AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəalı tələbəsi adı ilə təltif olunublar.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox