Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-04 11:58:00
Buraxılış imtahanından riyaziyyat fənni üzrə bu mövzular ÇIXARILDI

 

 

Dövlət İmtahan Mərkəzində tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanları üçün proqramların müzakirəsi başa çatıb.

 

AzEdu.az xəbər verir ki, tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanıma riyaziyyat fənnindən  aşağıdaki mövzular çıxarılıb.

 

Dərsliklərdən çıxarıldığı üçün “Triqonometrik bərabərsizliklər” mövzusu tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarından çıxarılıb.

 

Qeyd edək ki, tədrisinin bir hissəsi mart ayından sonraya düşdüyünə görə “Törəmə və onun tətbiqləri” və “Funksiyanın limiti” mövzuları tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramından çıxarılıb. Həmin mövzular ali təhsil müəssisələrinə qəbul imtahanı proqramında saxlanılıb.

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları