Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-02 11:19:00
Nazirlikdən Lerikdə qapısı qıfıllanan məktəblə bağlı açıqlama-Araşdırma aparılır

 

 

Lerik rayonun Loda kəndində tikilmiş modul tipli məktəbin binası podratçı ilə mübahisələrə görə bağlı qaldığı bildirilir.

 

Məlumata görə, uşaqlar artıq ikinci dərs ilidir ki, oxumaq üçün yeni məktəbə gedə bilmirlər. Qeyd olunur ki, dövlət maliyyə dəstəyi ilə 2020-ci ildə kənddə modul tipli orta məktəb binası tikilib. İşlər başa çatdıqdan sonra tikintidə çalışmış işçilərə xeyli borc yığılıb. Borcu ödəyəcək qurumlar isə günahı bir-birinin üzərinə atır. Belə ki, tikintini aparan “Modenko” MMC ilə subpodratçı arasında maliyyə qalmaqalı məktəbi bağlı, fəhlələri pulsuz qoyub.

 

Tikintidə çalışmış sürücünün sözlərinə görə, Lerikdə 3 belə modul məktəbin tikilməsinə 700 min manat ayrılsa da subpodratçı bu məbləğin cəmi 200 min manatını aldığını iddia edib. Tikintinin aparılması üçün Astaranın tikinti malları satılan mağazalarından təyinat üzrə mallar alınıb, amma pullar ödənilməyib.

 

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov AzEdu.az-a açıqlamasında məsələdən xəbərdar olduqlarını, diqqətdə saxlanıldığını və araşdırma aparıldığı bildirib.

 

Qeyd edək ki, şikayətçilər dəfələrə bu barədə müxtəlif rəsmi qurumlara müraciət etdiklərini və nəticənin olmadığını bildiriblər.