Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-18 17:01:00
İntizam qaydasını pozan şagirdlər belə cəzalanacaq- Nazirlik AÇIQLADI

Məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı inzibati tədbirlər tətbiq ediləcək.

 

 Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev qeyd edib.

 

O bildirib ki, həmin vaxt şagirdlərin davranış səviyyələri nəzərə alınacaq.

 

Davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlər aşağıdakılardır:

- müəllim baxışı, qeyri-verbal münasibət
- şagirdlərlə sakit söhbət
- xəbərdarlıq
- uzaqlaşdırma
- valideyn ilə əlaqə saxlamaq
- dərsdən sonra şagirdin məktəbdə saxlanması
- psixoloqa yönləndirmə
- sarı xəbərdarlıq məktubu
- narıncı xəbərdarlıq
- qırmızı xəbərdarlıq.