Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-12 10:16:00
Müəllimlərin boykot  etdiyi məktəb direktoru işdən ÇIXARILDI -Nazirin əmri 

 

Bir neçə gün öncə Şəkinin Cəfərabad kənd tam orta məktəbində müəllimlər dərsləri boykot etmələrilə bağlı görüntülər yayılmışdı.

 

Məlumata görə, müəllimlərin boykot qərarına həmin məktəbdə təhsil alan şagirdlər və onların valideynlərinin də qoşulduğu bildirilirdi. Buna səbəb isə ötən il korrupsiya və digər neqativ əməllərinə görə işdən azad olunmuş direktor Rahim Salamovun yenidən işə qayıtmasıdır.

 

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov AzEdu.az-a açıqlamasında araşdırmaların nəticəsində direktorun əmək müqaviləsinə xitam verildiyini qeyd edib:

 

“Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbdə araşdırma aparılmış və bir sıra nöqsanlara yol verildiyi aşkara çıxarılmış, müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə aparılmış araşdırmanın nəticələri təqdim olunmuşdur. Təhsil nazirinin müvafiq əmrinə əsasən məktəbin direktoru işləmiş Salamov Rahim Elxan oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir”.

 

Qeyd edək ki, müəllimlər məsələ ilə bağlı video yayılmayaraq ictimailəşdirib, həmin direktoru istəmədiklərini bildiriblər.