Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-11 09:38:00
“İbtidai siniflərdə idman dərsinin tədrisinə diqqət edilməlidir”-Günel Səfərova

 

“Təəssüflər olsun ki, ibtidai siniflərdə idman dərsləri yox dərəcəsindədir. Son zamanlar baş verən hadisələrdən sonra düşünürəm ki, ictimai şura bu məsələ ilə bağlı düşünmələdir. Bəzi ibtidai siniflərdə müəllim şagirdləri tərpənməyə belə qoymur. İdman dərsinin yerinə riyaziyyat keçir”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri elm və təhsil nazirliyi yanında İctimai Şuraya sədri Günel Səfərova İTV kanalında yayımlanan "Pressinq" verilişində səsləndirib.

 

“Şagirdləri ibtidai siniflərdə qəlibləşdiririk. Yuxarı sinifə keçən şagird "zəncirləri" açılmış formada otağa daxil olur”

 

"Şagirdləri ibtidai siniflərdə qəlibləşdiririk. Yuxarı sinifə keçən şagird "zəncirləri" açılmış formada otağa daxil olur. Bu isə təbiidir. Onları bu qədər məhdudlaşdırmaq olmaz. Deyirik ki, uşaqlarda cılızlaşma gedir. Çünki, onlarda qan dövranı normal işləmir. Şagirdi məktəbdə bir yerdə tutursan, evdə də valideyn deyir ki, "otur dərslərini yaz". Bəs bu uşaq hərəkəti nə zaman etsin? Məni narahat edən əsas məqamlardan biri budur. Yuxarı sinifdə qalxdıqda idman dərsləri keçirilir. Amma onun formasıda fərqli olmalıdır”.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları