Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-10 15:02:00
Ağır qəzada dünyasını dəyişən müəllimlər – Faciəli ölümlər- FOTO

 

İl ərzində yüzlərlə insan yol qəzalarının qurbanına çevrilir. Bəziləri şans nəticəsində yüngül xəsarətlə qurtulsa da, qəzaların aldığı canlar da az deyil.

 

Bu qorxunc qəzalar indiyə kimi bir çox gənc, yaşlı, tələbə, şagirdlə yanaşı təhsil işçiləri, müəllimləri də cəmiyyətdən alıb.

 

Son olaraq Quba rayonu Çingiz Mürsəlov adına Vəlvələ kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Günay Fərzəliyevanı iki övladı ilə birgə piyada keçidində avtomobil vurub. Nəticədə övladları ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, müəllim hadisə yerində həyatını itirib.

 

Çox təəssüf ki, daha əvvəllər də məktəbə gedərkən, şagirdlərlə səyahətdə olarkən və s. kimi qəzaya düşərək həyataını itirən müəllimlərimiz olub.

 

AzEdu.az son iki ildə qəzaların bizdən aldığı müəllimlərin bir neçəsini təqdim edir:

 

2020-ci ilin iyun ayında Lerik rayon Ləkər kənd ümumi orta məktəbində direktor müavini və fiziki tərbiyə müəllimi 1996-cı il təvəllüdlü Təyyar Tərlan oğlu Əliyev Lerikin Bürsülüm kəndinə gedən dağ yolunda baş vermiş qəza nəticəsində həyatını itirib. "UAZ" markalı avtomobil yoldan çıxaraq 50-60 metr yüksəklikdən dərəyə aşıb.

 

 

2020-ci ilin dekabr ayında Lerik rayonunun Durğan kənd sakini, kənddə müəllim işləyən 1968-ci il təvəllüdlü Əliheydər Feyruz oğlu Eyvazov idarə etdiyi UAZ markalı avtomobillə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq dərədəki çaya aşıb və qaya parçasına çırpılıb. Zərbənin gücündən yaralı sürücü dünyasını dəyişib.

 

Lerikdə müəllim yol qəzasında ölüb | Report.az

 

2021-ci ilin noyabr ayında 244 saylı məktəbin ibtidai sinif müəllimi 59 yaşlı Təranə Kazımova səhər məktəbə gedərkən düşdüyü ağır qəza nəticəsində dünyasını dəyişib.

 

Oxu.az - Bakıda ağır qəza: Avtomobil işə gedən müəllimi vuraraq öldürdü -  FOTO

 

2022-ci ilin iyun ayında Zaqatalada yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində yaralanan rayonun Əliabad qəsəbə sakini, Zaqataladakı “Kainat” kurslarında müəllim işləyən 1988-ci il təvəllüdlü Elçin Bədirov xəstəxanada dünyasını dəyişib.

 

Yaxınları qəzada ağır yaralanan Elçinin təcili əməliyyat edilməsi üçün 10 min manat pula ehtiyacın olduğunu bildirmişdi. Lakin tibbi müdaxilələrə baxmayaraq, 34 yaşlı şəxsin həyatını xilas etmək mümkün olmayıb.