Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-19 12:51:00
Direktorun pul tələbilə bağlı səs yazısı ARAŞDIRILIR

Sumqayıt şəhər 32 saylı orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi barədə yayılmış səs yazısı ilə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır.

 

Bu barədə AzEdu.az-a Baş Prokurorluqdan bildirilib.

 

Qeyd edək ki, Sumqayıt şəhər 32 saylı orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb. Direktor İbrahimova Esmira Famil qızı sentyabrın 14-də müəllimlər üçün yaratdığı "Watsapp" qrupuna səs ataraq hər müəllimdən 50 manat tələb edib.