Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-01 15:55:00
Övladı ali məktəbə qəbul olan jurnalistlər-"Qızım ailəmizi sonsuz sevincə qərq etdi"

 

Dövlət İmtahan Mərkəzi 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbulun nəticələrini elan edib.

 

48841 nəfər tələbə adını qazanaraq müxtəlif ali təhsil müəssisələrinə qəbul olub.

 

Qəbul olunan şəxslər arasında jurnalistlərin övladları da var.

 

AzEdu.az ali təhsil müəssisələrinə qəbul olan jurnalist övladlarını təqdim edir:

 

Azərbaycan Televiziyasının (AzTV) aprıcısı Ülfət Rəhimovanın qızı anasının ixtisasını davam etdirərək Azərbaycan Dillər Universitetinin Jurnalistika fakültəsinə inglis bölməsi üzrə qəbul olub:

 

“Qürurum, fəxrim! Mənim tələbə adını qazanan balam, yolların uğurlu olsun”.

 

O, övladları ali məktəbə qəbul olan kolleqa, dost və tanışlarını ürəkdən təbrik edib.

 

Bir 1 nəfər, uzun saç, ayaqda, qol saatı və açıq hava şəkili ola bilər

 

Azad Azərbaycan (ATV) televiziyasının departament direktoru Anar Şükürovun qızı ADA universitetinin Hüquq fakültəsinə daxil olub:

 

“Ata üçün ən böyük xoşbəxtlik övladının ali təhsil alması sevincini yaşamasıdır. Bundan böyük xoşbəxtlik ola bilməz. Qızım Sunay ADA universitetinə daxil olub. Tələbə adını qazanan hamını təbrik edirəm”.

 

Bir 1 nəfər, ayaqda və içəridə şəkili ola bilər

 

İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Namiq Mayılovun övladı Rəvan Mayılov Azərbaycan Dövlət İqtisad Universitetinin Ticarət və logistika fakültəsinə daxil olub:

 

Jurnalist ali məktəblərə daxil olan bütün tələbələri təbrik edib.

 

Возможно, это крупный план (1 человек и стоит)

 

İctimai TV-nin əməkdaşı Vüsal Mamaedovun qızı  Taclı Məmmədzadə Xarici Dillər Universitetinin Tərcüməçilik fakültəsinə əyani əsaslarla qəbul olub:

 

“Qızım ailəmizi sonsuz sevincə qərq elədi, xeyirli övlad oldu. Ailəmiz adına ona  təşəkkür edirik. Tələbə adını qazanan hər kəsi təbrik edir, arzusunda olanlara da bu sevinci yaşamağı Allahdan diləyirəm”.

 

Bir 3 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər

 

Real TV-nin əməkdaşı Samirə Səfərəliyevanın oğlu komputer mühəndisliyi ixtisasına qəbul olunub:

 

“Sevincimin həddi-hüdudu yoxdur. Oğlum kompüter mühəndisliyi ixtisası üzrə qəbul oldu. Dua və arzular üçün hamıya sonsuz təşəkkür edirəm”.

 

Müstəqil jurnalist Raminə Eyvazqızının övladı Azərbaycan Texniki Universitetinə daxil olub:

 

“Canım oğlum, məni tələbə anası etdi, şükürlər olsun O, Azərbaycan Texniki Universitetinin kompyuter mühəndisliyi (əyani) ixtisasına qəbul olunub. Övladım bu ixtisası öz istəyi ilə seçib.

 

Bütün tələbə adı qazanan balaları təbrik edirəm, yolları işıqlı və açıq olsun”.

 

Bir 1 nəfər, musiqi alətində ifa edir, gitara və açıq hava şəkili ola bilər

 

Vətəniminfo.az saytının baş redaktoru Nihad Canbaxışlının övladı Bakı Dövlət Universitetinin komputer elmləri fakültəsinə əyani əsaslarla qəbul olunub:

 

“Ali məktəbə qəbul olunan hamını təbrik edir, uğurlar arzulayıram”.

 

İçəri Şəhər Dövlət Qoruğunun mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədovanın qızı Dillər Universitetinin tələbəsi adını alıb.

 

 

İnterfaks“ agentliyinin rəhbəri Anar Əzizovun oğlu İqtisad universitetinə daxil olub.

 

 

Həmkarımız Elşad Məmmədlinin oğlu onun yolunu davam etdirəcək. O Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsini qazanıb. Jurnalist  Nicat Dağların qızı  Aycan Hüseynova Milli Aviasiya Akademiyasına qəbul olunub.

 

Şair–jurnalist Qulu Ağsəsin qızı Bakı Dövlət Universitetinin Filologiya fakültəsində ingilis ədəbiyyatı üzrə təhsil alacaq.

 

APA-nın redaktoru Ramiz Mikayıloğlunun oğlu  Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanıb. Həmkarlarımız Rauf Rəcəbov, Natiq Qasımov  və Elşad Paşasoyun  qızları da BDU-nun tələbəsi kimi şərəfli adı daşıyacaqlar.

 

Jurnalist Rumiyyə Miraslanın qızı Türkiyədə tibb təhsili alacaq.

 

 

 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynovun oğlu Cavid HüseynovTürkiyədə Hacettepe Universitetinə qəbul olub.

 

Şair Elşad Barat  üçüncü  dəfə ali təhsil almaq  üçün müraciət edib və İdarəçilik Akademiyasına daxil olub. Qeyd edək ki, Elşad  Barat fəlsəfə doktorudur.

 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynovun oğlu Cavid HüseynovTürkiyədə Hacettepe Universitetinə qəbul olub.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları