Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-27 16:36:00
"13 minə yaxın tələbə təhsil krediti üçün müraciət edib"-SƏDR

“Təhsil Tələbə Kredit Fondu qısa müddət ərzində minlərlə tələbənin təhsil arzusunun gerçəkləşməsinə dəstək olub. Bu günə kimi təhsil krediti almaq üçün Fonda 13000-ə yaxın müraciət daxil olub, onlardan 8000-ə yaxını müsbət cavablandırılıb”.


AzEdu.az xəbər verir ki, bu fikirləri TTKF-nin İdarə heyətinin sədri Araz Paşayev 26 avqust tarixində təhsil müəssələrinin nümayəndələri ilə görüşündə səsləndirib.


Bildirilib ki, təhsilə dövlət qayğısının bariz nümunəsi olan TTKF-nin yaratdığı bu imkandan daha çox tələbənin yararlanmasını təmin etmək üçün Fond tərəfindən mütəmadi olaraq maarifləndirmə işləri aparılır. Fondun fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün görüş iştirakçıları arasında anket sorğusu da keçirilib, onların səsləndirdikləri təkliflər qeydə alınıb.