Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-26 17:00:00
“Marketinqin Startaplarda Əhəmiyyəti” adlı Bootcamp keçiriləcək-FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzi və AIESEC Azərbaycanın birgə təşkilatçılığı ilə universitetin tələbələrini “Marketinqin Startaplarda Əhəmiyyəti” adlı ödənişsiz - 1 günlük Bootcampa dəvət edir. 

 

Bootcampda iştirak edərək nələr qazana bilərsiniz:

 

  •   Brendinq və startapların brendinq strateqiyaları
  •   Startap & şirkətlərin Sosial Media Marketinqi və Kontent yaradıcılığı
  •   Startapların düzgün Marketinq planının qurulması, Biznes modeli və onun detalları
  •   Bootcampda öyrəndiyiniz nəzəri biliklərinizi bootcampın sonunda interaktiv vörkşoplarda tətbiq etmək imkanı
  •   Bootcampda iştirakla bağlı Sertifikat əldə etmək şansı

 

QEYDIYYAT

 

BootCamp ABB İnnovasiya Mərkəzində avqust ayının 28-i, saat 12:00-da baş tutacaq.