Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-26 10:40:00
Misir Mərdanov, Əli Əhmədov, Ziyafət Əsgərovun müqavilələrinə niyə xitam verilib?-Universitetdən AÇIQLAMA

 

Sosial şəbəkələrdə Misir Mərdanov, Əli Əhmədov,Ziyafət Əsgərov və digər bir neçə şəxsin Bakı Dövlət Universitetindəki vəzifələrindən azad edilmələri ilə bağlı əmrin surəti paylaşılıb.

 

Mövzu ilə bağlı universitetdən AzEdu.az-a verilən məlumatda məsələyə aydınlıq gətirilib:

 

“Professor-müəllim vəzifəsi seçkili vəzifə olduğu üçün qanunvericiliyə uyğun olaraq kafedralar üzrə müvafiq fənlərin tədris edilməsi üçün yüksək ixtisaslı mütəxəssisləri, yüksək elmi nüfuza malik rəhbər işçiləri işə cəlb etmək zərurəti yarandığı zaman onlar əvəzçilik qaydasında və ya saathesabı qaydada tədris prosesinə cəlb edilir. Bu müqavilələr də təbii ki, müddətli müqavilə olduğu üçün tədris ilinin sonunda onlara qanunvericiliyə uyğun olaraq xitam verilir və növbəti tədris ilində yenidən zərurət yarandıqda yeni müqavilə bağlanır. Bu qayda da uzun illərdir bütün ali təhsil müəssisələrində davamlı şəkildə tətbiq edilən bir prosedurdur”.