Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-30 10:47:00
Məhərrəm ayı BAŞLADI

Hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb.

 

AzEdu.az xəbər verir ki, miladi təqvimlə iyulun 30-u Məhərrəm ayının ilk günüdür.

 

Belə ki, hicri-qəməri təqvimi ilə 1443-cü il başa çatır, yeni 1444-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i iyulun 30-na təsadüf edir.

 

Məhərrəm ayının 10-u, yəni Aşura günü isə avqustun 8-nə düşür.

 

Avqustun 28-i Məhərrəm ayı başa çatır, 29-dan isə Səfər ayı başlayır və sentyabrın 26-da yekunlaşır.