Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-29 12:46:00
Elm və təhsilin birlikdə idarəsi bu cür olmalıdır-Deputatdan təklif

Ötən gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılıb.


 
Fərmana əsasən, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilib.


 
Bundan əlavə, nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb. Həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı da təsdiq edilib.

 

Yeni nazirlik və yaradılan agentliklərlə bağlı AzEdu az-a açıqlamasında deputat Fazil Mustafa prezident İlham Əliyevin bu istiqamətdəki fərmanını yüksək qiymətləndirib:


“Prezident İlham Əliyev çox dəqiq strategiya müəyyən edib ki, elm və təhsil birlikdə və əlaqəli olmalıdır. Əlbətdəki elm və təhsili birlikdə tutmaq olduqca vacibdir məsələdir. Amma bu sahə necə idarə olunacaq əsas bu barədə düşünməliyik". 

 

Deputat qayğılı olduğu məqamları da səsləndirib:

 

"Açıq danışsaq biz təhsili ayrı ayrılıqda qaydaya qoya bilməmişik. Hələki, Azərbaycanda bu cür idarə etmə sisteminin hansı nəticələrə varacağının proqnozunu verməkdə çətinlik çəkərik".

 

"Elə şəkildə sistem qurulmalıdır ki həqiqiətən də elmin inkişafına kömək etsin"-, deyə bildirən deputat universitetlərin bu sistemdə rolundan danışıb:
"Burada bir məsələ var ki, bizdə elmin tətqiqatların tərəflərinə cavab verəcək universitet problemi var.2-3 universitet xaric olmaqla digər ali təhsil ocaqlarında belə bir potensial yoxdur. Ona görə də, bu məsələləri ciddi müzakirəyə çıxarmaq lazımdır. Belə bir vəziyyətdə yönləndirici rolu universitetlər oynayacaqdır. Universitetlər bu funksiyanı yerinə yetirməyə qadir deyil. Ona görə də belə bir sistem yaradılırsa dünyada olan yüksək səviyəli bir mütəxəssisi bu qurumun başına götürmək lazımdır ki , ölkədə ciddi bir şəkildə islahatlar aparılsın. O zaman bu sistem effektiv olacaqdır”.

 

Deputat sonda vurğulayıb ki, yeni nazirliklə bağlı ciddi müzakirələr aparılmalıdır . Prezidentin göstərdiyi istiqamətdə dəqiq fəaliyyət proqramı həyata keçirilməlidir. Amma bu fəaliyyət proqramı ümumi təhsilimiz inkişafına fayda verə biləcək istiqamətdə olmalıdır ,əks halda həm elm, həm də təhsili tənəzzülə uğrada bilərik.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları