Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-28 17:00:00
Eyni şprislə 30 şagirdə vaksin vuruldu  

Hindistanda bir şprislə 30 şagirdə koronavirus əleyhinə peyvənd vurulub.

 

AzEdu.az xəbər verir ki, hadisə Madhya-Pradeş əyalətində baş verib.

 

Faktla əlaqədar saxlanılan tibb işçisi öz əməlinə haqq qazandırıb. Onun sözlərinə görə, səhiyyə şöbəsi vaksin üçün yalnız bir şpris verib.

 

Müxalif Konqres Partiyasının rəsmiləri hadisə ilə bağlı əyalətin səhiyyə nazirinin istefasını tələb ediblər.