Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-27 15:51:00
“SABAH” qruplarında təhsil alan tələbələrin sayı 15 minə çatdırılacaq

Ali təhsildə tətbiq olunan yeni məzmunlu proqramların əhatə dairəsi və keyfiyyəti artırılacaq. “SABAH” qruplarında təhsil alan tələbələrin sayı 15 minə çatdırılacaq.

 

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı təşkil etdiyi brifinqdə deyib. O bildirib ki, bu, “SABAH” tələbələrin sayının 3 dəfə artırılması deməkdir.

 

Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 22-də “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.