Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-26 18:00:00
“Gənc istedadlar” liseyinin 9 şagirdi qızıl və gümüş medala layiq görülüb

 

 

Təhsil naziri Emin Əmrullayev Ümumi təhsil müəssisələrinin 2021-2022-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltif olunması haqqında əmr imzalayıb.

 

Əmrə əsasən, 136 şagird qızıl, 79 şagird isə gümüş nişana layiq görülüb.

 

AzEdu.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 9 şagirdi qızıl və gümüş medalla təltif olunub. Liseyin şagirdləri Nəriman Şirinli, Rəfsan Həbibullayev, Tamella Süleymanova, Nuray Kərimli, Rəcəb İskəndərli, Ləman Cəfərli, Amin Zeynalov qızıl, Zəhra Məmmədli və Fərhad Hacıyev isə gümüş nişana layiq görülüblər.

 

Qızıl və gümüş nişanla təltif olunan təhsilalanların adları məktəbin “Şərəf kitabı”na yazılacaq.