Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-29 15:37:58
“İtaliya səfiri dağ kəndində sinfə daxil oldu və ...” - Bilik Fondu  

“Sentyabrın 17-də akademiklər, professorlar, elmlər doktorları, jurnalistlər, mədəniyyət xadimləri məktəblilərə "Cümhuriyyət tariximiz qürurumuzdur" mövzusunda mühazirələr keçəcəklər”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Azərbaycan Respublikası Bilik Fondunun mətbuat katibi Ceyhun  Musaoğlu deyib. Onun sözlərinə görə, bu mühazirələr artıq 4 ildir ki, davam edir:

“2014-cü ildə 70, 2015-ci ildə isə 161 təhsil müəssisəsində mühazirələr təşkil etmişik. Hər ilin öz ruhuna uyğun olaraq mövzular seçilir. Bu il Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunduğuna görə “Cümhuriyyət tariximiz qürurumuzdur” mövzusunda şagirdlərin görüşünə gedəcəyik. Bu günə qədər 468 məkanda təşkil olunan mühazirələrdə 19 nəfər akademik və akademiyanın müxbir üzvü, 70 professor və elmlər namizədi,186 fəlsəfə doktoru, 183 jurnalist, ictimai xadim, tanınmış mədəniyyət işçiləri iştirak ediblər. Hətta 2015-ci ildə İtaliyanın Azərbaycandakı səfiri dağ kəndində yerləşən məktəbə daxil oldu və şagirdlərə mühazirə oxudu”.

Ceyhun Musaoğlu Azərbaycanın sərhədyanı ərazilərində yaşayan insanların diqqətdən kənarda qalmayacağını vurğulayıb:

“Bilik Fondu olaraq sərhədyanı ərazilərdə yaşayan ailələrə hədiyyəmiz olacaq. Mənəvi Dəyərlərin Təbliği Fondu ilə birlikdə sərhədyanı bölgələrdə  yaşayan aztəminatlı ailələrə birinci sinif üçün lazım olan ləvazimatlar paylanacaq”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları