Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-23 14:05:00
Məktəbəqədər təhsil sistemində çalışanlar üçün ixtisasartırma təlimləri təşkil ediləcək  

Məktəbəqədər təhsil üzrə kadr potensialının yaxşılaşdırılması məqsədilə 2022-2026-cı illərdə məktəbəqədər təhsil üzrə dövlət standartları və təhsil proqramı (kurikulum) təkmilləşdiriləcək, məktəbəqədər təhsil sistemində çalışan pedaqoji və idarəetmə heyəti üçün ixtisasartırma təlimləri təşkil ediləcək.

 

Dövrün sonuna qədər ümumilikdə 17 min heyətin təlimdən keçməsi nəzərdə tutulub.

 

AzEdu.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

 

Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 22-də “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayı