Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-29 10:30:00
Lerikdə baş verən güclü zəlzələdən sonra bəzi məktəblər qəzalı vəziyyətə düşüb - Təhsil şöbəsinin müdiri

“Elə dəhşətli zəlzələ baş verdi ki, özümüzü tamamilə itirdik”

Bu sözləri Lerik Rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev AzEdu.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Lerikdə baş verən zəlzələ bir sıra müəssisələrə ciddi ziyan vurub:

“Dünən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovla Çayrud kəndində vətənaşları qəbul edirdik. Elə bir dəhşətli hadisə baş verdi ki, özümüzü tamamilə itirdik. Lerik Rayon Təhsil Şöbəsində vəziyyət çox gərgindir. Bütün divarlar çatlayıb və burada işləmək mümkün deyil. Digər məktəblərə də ciddi ziyan dəyib. Hazırda hansı məktəblərin qəzalı vəziyyətə düşməsi barədə məlumatları dəqiqləşdirməyə çalışırıq”.

Xatırladaq ki, ötən gün Lerikdə iki zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları