Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-18 13:32:00
Ərizəsi qeydiyyata alınan uşaqların sənədləri 15 gün ərzində bağçaya təqdim edilməlidir

 

Uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesi iyulun 22-dən başlanılır və proses sentyabrın 14-də qrupların komplektləşdirilməsi səbəbilə müvəqqəti dayandırılır.

 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi tərəfindən yayılan məlumatda qeyd edilir.

 

Məlumatda bildirilir ki, qrupların komplektləşdirilməsi prosesi bitdikdən sonra elektron qəbul sistemi yenidən aktiv olacaq və ilboyu boş yerlərə qəbul aparılacaqdır.

 

Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbəqədər təhsil müəsisəsinə təqdim olunma müddəti uşağın sorğusu qəbul edildikdən sonra 15 iş günü ərzində həyata keçirilir.