Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-21 11:00:00
Valideyn 3 bağçanı seçərək növbəyə yazıla bilər

 

Elektron qeydiyyat zamanı valideyn maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçərək növbəyə yazıla bilər.

 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

 

Növbələrdən hər hansı biri sistem tərəfindən təsdiqlənərək sorğuya çevrilərsə uşağın digər məktəbəqədər təhsil müəssisələrinə olan növbələri silinəcəkdir.

 

Bununla yanaşı valideyn məktəbəqədər təhsil müəssisəsi tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız məktəbəqədər təhsil müəssisəsi tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda başqa məktəbəqədər təhsil müəssisəsi seçimi edə bilər.