Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-18 11:23:00
Uşaq hansı halda bağçaya qəbul olunmaya bilər?-CAVAB

 

Məktəbəqədər təhsil müəssisələrinə müvafiq müəssisəsinin  yerləşdiyi ərazidə yaşayan 1 yaşdan 6 yaşadək uşaqlar qəbul edilirlər.

 

Bəs uşaq hansı halda məktəbəqədər təhsil müəssisəsinə qəbul olunmaya bilər?

 

AzEdu.az xəbər verir ki, ilk növbədə, məsul şəxs https://bq.edu.az saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirərək yoxlayır və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır.

 

Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) uşaq məktəbəqədər təhsil müəssisəsinə qəbul olunmaya bilər.