Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-14 17:35:00
Bağçalara qəbul nə zaman başlayacaq?-Nazirlik rəsmisindən AÇIQLAMA

 

Hazırda ən çox soruşulan suallar bağçalara uşaqların qeydiyyatı və tərbiyəçilərin işə qəbulu ilə bağlıdır.

 

Suallara cavab olaraq Təhsil Nazirliyi bu istiqamətdə monitorinqlərin davam etdirildiyini bildirirdi.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov AzEdu.az-a açıqlamasında bağçalarla bağlı gələn həftə ictimaiyyətə dəqiq məlumatın veriləcəyini bildirib.

 

Qeyd edək ki, 2021-ci ilin sonlarından etibarən yerli icra hakimiyyəti orqanlarının balansında olan bütün bağçalar Təhsil Nazirliyinə təhvil verilib.