Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-14 14:58:00
Təhsil İdarəsi rəhbərindən müəllimlərə çağırış – Sertifikasiya təlaşı niyə yaradılır?

 

"Bildiyimiz kimi növbəti aylarda sertifikatlaşdırmanın həyata keçirilməsi planlaşdırılır. Görünən budur ki, müəllimlərin böyük əksəriyyəti bu prosesə hazırlaşsa da, müəyyən maraqlı tərəflər var ki, onları demotivasiya edir, təlaş yaratmağa cəhd edirlər.

Kimdir onlar?

Müəllimlərin üzərindən pul qazanmağa çalışan onlayn kurslar.

MƏQSƏD və MARAQLARI nədir?"

 

AzEdu.az xəbər verir ki, bunu Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbəri Rüfət Hacıyev bildirib. O, sertifikasiya ilə bağlı müəllimlərdə məqsədli şəkildə yaradılan gərginliyə toxunub və təhssilverənlərə çağırış edib:

 

“Məqsəd 1000 nəfər müəllimi 80 manat qarşılığında kursa cəlb edib 80000 manat qazanmaq!

 

Təlaşı necə yaradırlar?

 

İbtidai sinif müəllimlərinə ümumi orta təhsil səviyyəsindəki proqramlardan sual düşəcəyini deyib təlaş yaradırlar. Hansı sualın təqdim olunacağını hardan bilirlər?

 

Rəsmən dəfələrlə elan edilib ki, bu prosesdə suallar yalnız ibtidai təhsil səviyyəsində təqdim ediləcək.

Müəllimlərə tövsiyəmiz ondan ibarətdir ki, belə insanlarla kontaktdan uzaq dursunlar.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları