Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-14 11:40:00
MİQ-də bu müəllimlərə xüsusi güzəşt – Nəticələr artım əmsalı ilə hesablanacaq

Ötən zamanlardan fərqli olaraq bu il test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılması nəzərdə tutulub.

 

 

AzEdu.az  xəbər verir ki, bu mərhələdə namizədlərə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Yeni qaydalara əsasən, ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanmaqla 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.

 

 

Səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. Belə ki, səhv cavablandırılmış 4 test tapşırığına görə 1 düzgün cavab silinəcək. Yəni İxtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası üzrə isə - 0,25 bal şəklində olacaq.

 

 

Müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05,  5 il və daha artıq müdətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq.

 

Müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işə qəbulu müsabiqənin yalnız əsas turunda həyata keçiriləcək. Əsas turun keçiriləcəyi tarix Təhsil Nazirliyi tərəfindən əvvəlcədən elan olunacaq. Müsabiqənin əsas turundan sonra keçirilən turlarda və tədris ili ərzində yaranan yeni vakant yerlərə yalnız müddətli əmək müqaviləsi əsasında işə qəbul həyata keçiriləcək.

 

 

Cari tədris ili ərzində isə 31 yanvar 2022-ci il tarixinədək müddətli əmək müqaviləsi əsasında işə qəbul edilmiş şəxslərin daimiləşdirilməsi həyata keçiriləcək

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları