Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-13 17:32:00
Builki MİQ sualları fərqli olacaq – “Problem yaşanmayacaq”

 

 

 

“Bu il problem yaşanmayacağını düşünürük”.

 

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov nazirliyin facebook üzərindən olan canlı yayımı zamanı deyib.

 

 

O, qeyd edib ki, ötən illə müqayisədə bu il sualların quruluşunda oxşarlıq olmayacaq:

 

 

 

“Biz hər il sualları təhlil edirik. Hazırda bazada kifayət qədər sual var. Onların düz olub-olmamağından əminik, onların hər biri sınaqdan keçib, imtahanın məzmunu ilə bağlı heç bir problem olmayacaq. Namizədlər iddia edir ki, suallar çətindir, lakin etiraf etməliyik ki, MİQ rəqabətdir, namizədlər vakant yerlər üzrə rəqabət aparırlar. Ona görə də biz seçimi düzgün aparmalıyıq”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları