Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-08 09:36:00
UNEC-də yay semestri keçiriləcək

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) (Zaqatala filialı daxil olmaqla) 2021/2022-ci tədris ili üzrə yay semestrinə (məktəbinə) qeydiyyat davam edir.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, yay semestri iyulun 20-dən avqustun 30-dək keçiriləcək.

 

Yay semestrində iştirak etmək və fənlər üzrə qeydiyyatdan keçmək üçün iyulun 15-dək fakültə tyutorlarına müraciət etmək lazımdır.

 

Yay məktəbi UNEC-in Qiyabi və Əlavə Təhsil Mərkəzinin Əlavə təhsil şöbəsi tərəfindən təşkil olunacaq.