Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-06 15:39:00
AzTU-nun bir qrup tələbəsi Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə səfər edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materialşünaslıq fakültəsinin dekanı Nizami Poladov, dekan müavini Şahin Maşayev, həmçinin bir qrup tələbəsi “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) səfər edib.

 

AzEdu.az xəbər verir ki, AzTU ilə “AzerGold” QSC arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində gerçəkləşən səfər ÇİRES-in fəaliyyəti ilə əyani tanışlıq və məlumat mübadiləsi məqsədilə təşkil olunub.

 

Tanıtım səfəri emal sahəsində təhlükəsizlik qaydaları ilə tanışlıqdan başlayıb. Daha sonra qonaqlara laboratoriyanın iş prinsipi, sahədə çalışan işçilər üçün yaradılan şərait, həmçinin qiymətli metalların hasilat və emal prosesi haqqında ətraflı məlumat verilib. Qızılın hasilatı, müasir texnologiyaların tətbiqi və ətraf mühitin qorunması istiqamətləri üzrə görülən işlər heyətdə böyük maraq doğurub.

 

Səfər zamanı Cəmiyyətin mütəxəssisləri qonaqları maraqlandıran sualları cavablandırıb.