Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-06 12:22:00
Heç bir şirkət və Tədris Mərkəzi ilə əməkdaşlıq etmirik-Nazirlik iddialara CAVAB verdi  

 

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu və sertifikasiya prosesi ilə bağlı heç bir şirkət və ya tədris mərkəzi ilə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır.

 

Təhsil Nazirliyi AzEdu.az-a bildirib ki, vətəndaşlara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd müəllimlərin işə qəbulu və sertifikasiya prosedurları çərçivəsində heç bir rol oynamır.

 

Belə hallarla qarşılaşan vətəndaşlardan Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-3 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron (https://edu.gov.az/az/contact_us) və rəsmi "Whatsapp" xidmətinə (0512067848) müraciət etmələri xahiş olunur.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları