Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-27 17:06:00
Ali məktəbə daxil olan ən yaşlı tələbə: “Nəvələrim var, başıma düşdü, gedib imtahan verdim”

A.Ağayev: “ Hamı sevinir ki, 55 yaşımda universitetə daxil olmuşam,  mollalardan başqa...”

“Qiyabi təhsili seçməyimin səbəbi yalnız iş deyil . Həm də ona görə belə seçim etdim ki, bu yaşda 18-20 yaşlı uşaqlarla bir partada əyləşməyim. Əvvəldən elmlə məşğul olsaydım, bəlkə də professor olardım”.

Bu sözləri AzEdu.az-a açıqlamasındabu bu ilin ən yaşlı tələbəsi kimi yadda qalan Atakişi Ağayev deyib. O, 55 yaşında Bakı İslam Universitetinin tələbəsi adını qazanıb: 

“Mən tikinti sahəsində fərdi əməklə məşğulam. Həm də Lənkəranda icra nümayəndəliyində də çalışıram. Hələ ki, heç bir universitet bitirməmişəm. Bitirsəydim, universitetə indi qəbul olunmazdım ki... Lənkəranda icra nümayəndəliyində də çalışıram. Dinimə bağlı, inanclı adamam.

Aprel ayı olardı. Gördüm ki, uşaqlar universitetə imtahan verir. Mənim də başıma düşdü, sənəd verdim, qəbul da olundum. Hazırda 55 yaşım var”.

O,  qeyd edib ki, dini istiqamət üzrə olmasaydı, bu yaşda digər fakültələrdə təhsil almayacaqdı:

“Çünki yaş məsələsi var. Onsuz da yaşı 25-30-dan yuxarı olanları işə götürmürlər. Başqa ixtisasları üzrə seçməyimin mənası yoxdur.

121 balla qəbul olunmuşam. Qəbul imtahanına 4-5 kitab oxuyaraq hazırlaşdım. Riyaziyyat, Azərbaycan dili, Ədəbiyyat, Tarix fənlərinin hərəsindən bir kitab alıb oxudum. Rus dilini isə həyatım boyu öyrənmişdim.

İxtisasları kodlaşdıranda heç kimin köməyindən istifadə etməmişəm. Çox şükür, çörəyimi ağzıma yeyə bilirəm. O dərəcədə pis deyiləm. Bir ixtisas yazmışdım, o da dinşünaslıq.

Gələcək planlarım İslamı yaymaq, düzgün təbliğ etməkdir. İslamda yaxşı nə varsa, onu insanlara çatdırmaq istəyirəm.

Dinə sevgi bizim kökümüzdə var. Ona görə bu universitetdə təhsil alacam. 10 ilə yaxındır ki, namaz qılıram. Mən Lənkərandanam. Bizim zona dindardır”.

 O, ətrafındakəıların bu yaşda tələbə olmasına münasibətindən də danışıb:

“Universitetə qəbul olunmağıma ailəmin də münasibəti normal oldu. Başqa sahəyə qəbul olunsaydım deyərdilər ki, ata, bu yaşında səndən nə hüquqşünas və ya həkim olacaq? Bəlkə də ola bilərdim. Amma yaş məsələsi var. Seçdiyim ixtisas hər yaşa uyğundur. 100  yaşım da olsa, bu sahəyə ehtiyac var. Həm bu ixtisasa, həm də insanın kamilləşməsinə ehtiyac var.

Ətrafımdakı hamı sevinir ki, bu kişi 55 yaşında universitetə qəbul olunub. Hamı sevinir, bircə mollalardan başqa. Çünki mollanın  mollanı görməyə gözü olmaz. Mən onların gəlir mənbəyinə şərik ola bilərəm”.

“Əvvəldən elmlə məşğul olsaydım, bəlkə də professor olardım”

 “Bilirəm ki, bu universitet bilik, savad və dünyagörüşümdən əlavə mənə heç nə verə bilməyəcək. Verdiyi yalnız diplom olacaq. Mənim son 10 ildə qazandıqlarımı, etdiyim mütaliəni ali təhsil mənə heç 100 ilə də verə bilməz.  Mən çox mütaliə edən biriyəm. Amma əvvəldən elmlə məşğul olsaydım, bəlkə də professor olardım.

Diplom rəsmi dairələrdə çalışanda lazım olur. Amma ilahiyyatçı olmaq üçün diplom da  lazım deyil. İndi məlumat almaq üçün kitab, dəftər, kmpüter, hər şey var. İnsan özü öyrənə bilir. Düzgün istiqamət verən olsa, adam heç bir başqa təriqətə qoşulmadan oxusa, çox şey qazanar. Heç diploma da ehtiyacı olmaz. Dini təhsil alan İraq, Suriyaya gedənlərə qoşulmamalıdır. Xaricdə dini təhsil alanara münasibətim yaxşıdır. Əgər biri cəmiyyətdə düzgün yer tutur, insanları düzgün yola çağırırsa, ona yalnız hörməim var. Amma yalış yollarla yox”.

 O qeyd edib ki, 18 yaşlı tələbələrlə bir partada əyləşmək istəmir:

Övladlarım ailə qurub. Ailəmi yerbəyer etmişəm. Nəvələrim var. Övladlarım ali təhsil almayıb.

Biraz rahatam. Çünki uşaqlarıma qazanc gətirmək, çörək dalıyca getmək kimi problemim yoxdur. Oxumaqla işləmək eyni vaxtda alınmayacaq. Ona görə də qiyabi təhsil formasını seçəcəm.

Qiyabi təhsili seçməyimin səbəbi yalnız iş deyil . Həm də ona görə belə seçim etdim ki, bu yaşda 18-20 yaşlı uşaqlarla bir partada əyləşməyim”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları