Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-27 09:15:00
Bəzi universitetlərə qeydiyyat bu gün başa çatır

Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı bir çox universitetlərdə bu gün başa çatır.

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər  sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.