Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-06 12:00:00
Bağçalara qəbul BU QAYDADA aparılacaq-RƏSMİ
Məktəbəqədər təhsil müəssisələrinə qəbul elektron qaydada aparılacaq
 
 
AzEdu.az xəbər verir ki, bu ildən etibarən məktəbəqədər təhsil müəssisələrinə qəbul elektron qaydada həyata keçiriləcək. Prosesə iyul ayında start veriləcək. Məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı yeni yaradılan elektron sistemdən istifadəyə dair təlimat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.
 
 
Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemində qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunacaq. Bu baxımdan valideynlərə qeydiyyat prosesi başlayanadək uşaqları üçün şəxsiyyət vəsiqəsi əldə etmələri tövsiyə edilir.
Şükufə Süleymanlı
Müəllifin digər yazıları