Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-05 12:52:00
Sertifikatlaşdırmanın məqsədi müəllimləri işdən çıxarmaq DEYİL-Təhsil İnstitutu

"Müxtəlif qruplarda sertifikatlaşmanın məqsədi 30% müəllimin işdən azad olunmasıdır kimi YALAN məlumatlar yayılmaqdadır".

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov şəxsi facebook səhifəsində yazıb.

 

"Bu kimi YALAN məlumatların məqsədi başa düşülməsə də, cəmiyyətdə çaşqınlıq və müəllimlərdə gərginlik yaratmaqdadır. 


Hörmətli müəllimlər və media qurumları, sertifikatlaşma ilə bağlı yalnız rəsmi məlumatlara istinad etmənizi xahiş edirəm.

 

İbtidai sinif müəllimləri ilə son görüşdə məlum oldu ki, görüşdə iştirak edənlərin təxminən 10-15% sertifikatlaşma çərçivə sənədi ilə tanış olub. 

 

Hörmətli Müəllimlər, çərçivə sənədi və imtahan nümunə sualları ilə tanış olmanızı tövsiyə edirik".

Şükufə Süleymanlı
Müəllifin digər yazıları