Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-04 11:16:00
ADNSU ilə Bakı Sağlamlıq Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb  

İyunun 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Bakı Sağlamlıq Mərkəzi ilə görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov, Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova, ADNSU-nun Cihazqayırma kafedrasının müdiri, texnika elmləri doktoru Lalə Bəkirova, həmçinin Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Dr. Asiman Həsənov və nümayəndə heyəti iştirak ediblər.

 

Görüşdə perspektivdə duran məsələlər, həmçinin əməkdaşlıq istiqamətləri və tərəfdaşlıq məsələləri müzakirə olunub.

 

Qonaqları universitetdə salamladıqdan sonra ADNSU-nun rektoru, professor M.Babanlı tədris prosesi, ixtisaslar, birgə əməkdaşlıq oluna biləcək sahələr və tələbələrin  müəssisədə təcrübəyə  cəlb olunması məsələlərindən danışıb. Tədrisdə və elmi tədqiqat işlərində ikili yol xəritəsinin önəmini qeyd edən rektor M.Babanlı  seçmə fənlərin tədrisinin, həmçinin müasir texnoloji avadanlıqlar və resurslardan istifadə edə bilən mütəxəssislərin hazırlanmasının əhəmiyyətindən danışaraq bu istiqamətdə hər cür əməkdaşlığa hazır olduğunu qeyd edib.

 

Universitetdə olmaqdan məmnun olduğunu deyən Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Dr. A.Həsənov birgə yol xəritəsinin hazırlanması və əməkdaşlıq üçün hər cür imkanların olduğunu vurğulayıb. Tibbin mühəndis ixtisaslarında tətbiqindən danışan  Dr. A.Həsənov süni intellektin tibdə tətbiqi ilə bağlı əməkdaşlıйda xüsusilə maraqlı olduqlarını deyib.

 

Sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.