Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-04 10:19:00
AzTU ilə Türkiyənin Bartın Universiteti əməkdaşlığa başladı

Azərbaycan Texniki Universiteti (AzTU) Türkiyənin aparıcı universitetləri ilə əməkdaşlığı genişləndirir.

 

AzEdu.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində AzTU ilə Türkiyənin Bartın Universiteti arasında “Erasmus+” və “Mövlanə” mübadilə proqramları üzrə müqavilə, həmçinin qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Sənədləri AzTU-nun rektoru Vilayət Vəliyev və Bartın Universitetinin rektoru Orxan Uzun imzalayıblar.

 

Daha sonra hər iki rektor universitetlər arasında digər istiqamətlərdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.