Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-03 15:49:00
ADNSU-da Mülki Müdafiə ilə bağlı hazırlıq məşqi keçirilib

İyunun 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Nəsimi Rayon Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsi ilə razılaşdırılmış plana əsasən, rəhbər heyətin “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə (MM) orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda Mülki Müdafiə (MM) məşqi keçirilib. Tədbirdə ADNSU-nun rəhbər heyəti, MM xidmətinin komandir-rəis heyəti və MM qərargahı və fövqəladə hallar üzrə komissiyanın üzvləri iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, ADNSU-nun mülki müdafiə qərargahının rəisi Elşən Məmmədov rəhbər heyətin MM məşqinin planına uyğun olaraq məşqin mövzu və məqsədlərini iştirakçılara çatdırıb. O, bildirib ki, belə məşqlərin keçirilməsində əsas məqsəd MM-in rəhbərlərinə, qərargah rəislərinə, MM xidmətinin rəhbərlərinə təbii fəlakət, qəza və dağıntılar baş verdikdə onların nəticələrinin aradan qaldırılmasında dərhal düzgün qərarların qəbul edilməsində əməli vərdişi öyrətməkdir.