Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-02 17:35:00
ADNSU tələbələri Beynəlxalq İnternet Olimpiadasında uğurla iştirak ediblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri Türkmənistanın Dövlət Enerji İnstitutu tərəfindən keçirilən Nəzəri- mexanika üzrə I Açıq Beynəlxalq İnternet Olimpiadasında uğurla iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, 10-14 may tarixlərində onlayn formatda keçirilən olimpiadada ADNSU-nun Neft-Mexanika fakültəsi (NMF), İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsindən (İTİF) ümumilikdə 5 tələbə iştirak edib. 3 bölmədən ibarət olimpiadada yüksək nəticələr göstərən ADNSU tələbələrinə və tələbələrə mentorluq edən ADNSU-nun Neft-mexanika fakültəsinin dekan müavini, dosent Tahir Süleymanova sonda Türkmənistan Təhsil nazirliyi tərəfindən sertifikatlar təqdim edilib. Bir nəfər tələbə Nigar bağırova isə Olimpiadanın fərdi yarışında III dərəcəli diplomla təltif edilib.

 

Qeyd edək ki, 15 müxtəlif ölkənin 71 universitetindən 225 tələbənin qatıldığı beynəlxalq olimpiada fərdi və komanda şəklində olmaqla 2 formatda keçirilib. Olimpiadanın reqlamentində fərdi yarışda 4 saata 8 məsələnin həlli, komanda yarışında isə 5 nəfərdən ibarət qrupa 1 saat ərzində 5 məsələnin həlli tapşırılıb.