Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-02 14:15:00
AzTU-nun əməkdaşı Rumıniyanın Arad Aurel Vlayku Universitetində təlimlərdə iştirak edib

Rumıniyanın Arad Aurel Vlayku Universitetində Erasmus+KA1 layihəsi üzrə kadrların mobilliyi proqramı çərçivəsində keçirilən təlimlərdə  Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici əlaqələr şöbəsinin əməkdaşı Mənzər Məmmədli də iştirak edib.

 

AzEdu.az xəbər verir ki, Albaniya, Moldova və Türkiyə universitetlərinin nümayəndələrinin də qatıldığı təlimlərdə Erasmus+KA1 layihəsinin həyata keçirilməsində Avropa təcrübəsi və qaydalar haqqında danışılıb. Təlimlərdə Arad Aurel Vlayku Universitetinin  fakültə və laboratoriyaları, universitetdə həyata keçirilmiş layihələr, onların nəticələri, eləcə də həyata keçiriləcək layihələr barədə iştirakşılara ətraflı məlumat verilib.

 

Səfər çərçivəsində keçirilən görüşlərdə Mənzər Məmmədli Azərbaycan Texniki Universiteti (AzTU) haqqında geniş təqdimatla çıxış edib.